
Ermənistan prezidenti Serj Sarkisyan bu gün gözlənilmədən qısa müddətli məzuniyyətə çıxıb.
Qaynar.info-nun modern.az saytına istinadən verdiyi xəbərə görə, Sarkisyan bu gündən Ermənistanı tərk edərək xarici ölkələrin birində istirahət edəcək.
Prezidentin mətbuat xidmətindən verilən xəbərə görə, Sarkisyan rəsmi fəaliyyətə iyunun 20-da başlayacaq. O, Avropa Xalq Partiyasının Zirvə toplantısına qatılmaq üçün iyunun 20-də Avstriyaya yola düşəcək.