Xəbər lenti

Səudiyyədən möhtəşəm turizm layihəsi: "Yaxın Şərqin Rivierası" - Amaala
Dünya17:55 30.09.2018

Səudiyyədən möhtəşəm turizm layihəsi: "Yaxın Şərqin Rivierası" - Amaala

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanında yeni turizm bölgəsi yaradılır.
Qaynarinfo İndependent-ə istinadən xəbər verir ki, "Yaxın Şərqin Rivierası" kimi təqdim edilən "Amaala" adlı layihədə ölkənin istifadə olunmayan 4 min kilometrlik sahillərin istifadə olunması planlaşdırılır.
Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu tərəfindən açıqlanan "Amaala" layihəsi çərçivəsində yaradılacaq turizm bölgəsində sənət akademiyası, bir neçə yaxta klubu, 2500 otaqlı otellər, 200-də çox mağazaların qurulması nəzərdə tutulur.
"Ultra Lüks" olaraq təqdim edilən istirahət zonasında dəvə yarışları, qartallarla ov, qol və təhlükəli idman yarışları təşkil olunacaq.
Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salman "Vizyon 2030" tədbirlər planı çərçivəsində hazırlanan bu layihə ilə neftdən əldə olunan gəlirin digər sahələrə yatırılmasını və bununla da ölkədəki qapalı yaşam tərzini daha da açmağı hədəfləyir.