Xəbər lenti

"Shell" Rusiya qazını satmaqda davam edir - BBC
Dünya13:34 02.07.2023

"Shell" Rusiya qazını satmaqda davam edir - BBC

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniyanın neft-qaz şirkəti "Shell" Rusiya enerji bazarından çıxacağını vəd etdikdən sonra bir ildən artıqdır ki, Rusiya qazının ticarəti ilə məşğuldur.
qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
"Global Witness" qrupunun təhlil etdiyi məlumatlara görə, keçən il "Shell" Rusiya qazının gəmi ilə ixracının demək olar 1/8-də iştirak edib. Şirkət Rusiya ilə sövdələşmələrin "uzunmüddətli müqavilə öhdəliklərinin” nəticəsi olduğunu, qanunları və sanksiyaları pozmadığını bildirib.
Mayın 9-da 160 min kubmetr qaz və ya mayeləşdirilmiş təbii qaz daşıyan tanker Rusiyanın ucqar şimalındakı Yamal yarımadasındakı Sabetta limanından çıxıb. Bu yük son təyinat məntəqəsi Honq Konqa göndərilməzdən əvvəl "Shell" tərəfindən alınıb.
"Global Witness" tərəfindən təhlil edilən Kpler məlumat bazasından alınan məlumata görə, bu, Britaniya şirkətinin bu il Yamaldan aldığı 8 mayeləşdirilmiş təbii qaz yükündən biri olub.
2022-ci ilin martında "Shell" Rusiya neftini aldığı üçün üzr istəyib, Rusiya neft və qazından imtina etmək niyyətində olduğunu bildirib. Şirkət Rusiya neftini almağı dayandıracağını, yanacaqdoldurma məntəqələrini və Rusiyadakı digər müəssisələrini satacağını bildirib. "Shell" dövlət enerji nəhəngi "Qazprom"la əməkdaşlığı dayandırıb.
Bununla belə, şirkət Rusiyanın iki limanından - Yamal və Saxalin limanlarından mayeləşdirilmiş təbii qaz yüklərini qəbul etməkdə davam edir.
Ukrayna prezidentinin müşaviri Oleq Ustenko Britaniya şirkətini Rusiya Federasiyasının təcavüzünü maliyyələşdirməkdə ittiham edib:
"Bu, kifayət qədər sadədir: "Shell” Rusiya qazının ticarətini davam etdirməklə Putinin cibinə pul qoyur və Rusiyanın Ukrayna xalqına qarşı amansız təcavüzünü maliyyələşdirməyə kömək edir”.
Aydın