Xəbər lenti

Şimali İrlandiya ilə oyunun heyəti açıqlandı - Dəniz Yılmaz ilk dəfə millidə
İdman13:25 04.11.2016

Şimali İrlandiya ilə oyunun heyəti açıqlandı - Dəniz Yılmaz ilk dəfə millidə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Belfast şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Qaynarinfo.Az xəbər verir ki, "Bursaspor"un hücumçusu Dəniz Yılmaz zədədən qayıdıb və ilk dəfə millimizə çağırılıb.

Qapıçılar: Kamran Ağayev (“Boavişta”, Portuqaliya), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”);

Müdafiəçilər: Tərlan Quliyev (“İnter”), Maksim Medvedev, Bədəvi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı “Qarabağ”), Pavel Paşayev (“Stal”, Ukrayna), Məhəmməd Mirzəbəyov (“Qəbələ”);

Yarımmüdafiəçilər: Ruslan Abışov (“İnter”), Rahid Əmirquliyev, Əfran İsmayılov, Qara Qarayev (hər üçü “Qarabağ”), Dmitri Nəzərov (“Aue”, Almaniya), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Eddi İsrafilov (“Kadis”, İspaniya), Emin Mahmudov (“Boavişta”, Portuqaliya), Elvin Məmmədov (“Zirə”);

Hücumçular: Ağabala Ramazanov (“İnter”), Ruslan Qurbanov (“Qəbələ”), Namiq Ələsgərov (“Qarabağ”), Ramil Şeydayev (“Trabzonspor”, Türkiyə), Dəniz Yılmaz (“Bursaspor”, Türkiyə).

Qaynarinfo.Az