Xəbər lenti

SOCAR "Qalatasaray"ın sponsoru oldu
İdman16:23 11.07.2023

SOCAR "Qalatasaray"ın sponsoru oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin "Qalatasaray" komandasının sponsoru olub.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında 3 illik müqavilə imzalanıb. Əməkdaşlıq 2023/2024 mövsümündən etibarən başlayacaq.
Anlaşmaya əsasən, İstanbul təmsilçisinin avrokuboklarda istifadə edəcəyi formaların sinə hissəsində SOCAR-ın adı yazılacaq.