Sosial şəbəkədə narkokuryerlik üçün elan paylaşan kimlərdir? – DİN-dən açıqlama
Sosial şəbəkədə hesab açıb narkotik daşınması üçün kuryerlik təklif edir... Maraqlananlar da az deyil...
Qaynarinfo xəbər verir ki, "Xəzər Xəbər"in əməkdaşı özümünü iş axtaran kimi təqdim edib narkotacirlə əlaqə saxlayıb. Deyir ki, onu görmək mümkün deyil. əməkdaşlıq yalnız telefon vasitəsilə aparılır. Ödəniş isə kartla olur.
Daxili İşlər Nazirliyindən bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır.
Elbrus İbrahimov onu da bildirdi ki, belə şəxslər məsuliyyətə cəlb edilirlər.
Qeyd edək ki, narkotik vasitə və psixotrop maddəni satanlarla yanaşı, bu vasitələri təbliğ edənləri də həbs cəzası gözləyir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər