Xəbər lenti

Süni intellekt döş xərçənginin gec aşkarlanmasının qarşısını alır (ARAŞDIRMA)
Sağlamlıq 18:10 02.02.2026

Süni intellekt döş xərçənginin gec aşkarlanmasının qarşısını alır (ARAŞDIRMA)

İsveçdə aparılan yeni elmi araşdırma döş xərçəngi müayinələrində süni intellektdən istifadənin erkən diaqnoz göstəricilərini əhəmiyyətli dərəcədə artırdığını ortaya qoyub.
 
Qaynarinfo xəbər verir ki, "The Lancet" jurnalında dərc olunan tədqiqat İsveçdə 100 min qadının iştirakı ilə həyata keçirilib.

Araşdırma çərçivəsində mamoqrafiya müayinəsindən keçən 100 min qadın təsadüfi seçim yolu ilə iki qrupa bölünüb: bir qrup süni intellekt dəstəkli müayinələrə, digər qrup isə standart skrininq prosedurlarına cəlb edilib.

Bu sahədə ilk təcrübəvi tədqiqat kimi qiymətləndirilən araşdırmanın nəticələrinə görə, süni intellektin tətbiqi gec diaqnoz hallarını təxminən 12 faiz azaldıb.

Mütəxəssislər bildirirlər ki, əldə olunan nəticələr süni intellektin səhiyyə sahəsində, xüsusilə də onkoloji xəstəliklərin erkən aşkarlanmasında mühüm rol oynaya biləcəyini göstərir.
 
Günay
--> -->