Xəbər lenti

TASS-ın Avstriyadakı yeni müxbirləri rus casusları ola bilər - KİV
Dünya 15:12 02.10.2025

TASS-ın Avstriyadakı yeni müxbirləri rus casusları ola bilər - KİV

2024-cü ildə casusluqda şübhəli bilinərək ölkədən qovulmuş Rusiya dövlət agentliyinin iki müxbirini əvəz etmək üçün avqust ayında Avstriyaya gələn yeni TASS müxbirləri də Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları ola bilərlər.

Qayunarinfo xəbər verir ki, bu barədə "The Insider” və "Der Standard”ın birgə araşdırmasında deyilir.

"Uniformalı gəlincik. TASS-ın pərdəsi altında işləyən Avstriyadan qovulan casusların əvəzinə Kreml yenilərini göndərdi" deyilən məqalədə qeyd olunur ki, Avstriya 2024-cü ilin iyununda TASS müxbirləri İvan Popov və Orina Davidyanın Rusiya Xarici Kəşfiyyat Xidmətinin casusları olmaqda şübhəli bilinərək akkreditasiyasını ləğv edib. Avstriya hakimiyyəti bundan sonra TASS-ın digər əməkdaşlarına jurnalist akkreditasiyasını verməyə hazır olduqlarını, ancaq bunu hərtərəfli yoxlamadan sonra baş verəcəyini bildiriblər. Avqustun sonunda TASS-ın yeni müxbirləri Avstiyaya yollanıb - Olqa Kukla və Maksim Çerevik.

"The Insider"in müəyyən etdiyi kimi, Avstriyaya getməzdən əvvəl TASS əməkdaşları Rusiya Xarici Kəşfiyyat Xidmətinin Yasenevodakı departament binasındakı məxfi mənzilin ünvanına yemək sifariş veriblər. Telefon əlaqələri isə onların SVR Akademiyasının qeyri-qanuni casuslara alman dilli ölkələrində işləmək barədə məsləhət verən müəllimi ilə birbaşa əlaqə saxladığını göstərir.

Jurnalistlərin məlumatına görə, Olqa Kukla Tümendə anadan olub, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu enerji iqtisadiyyatı ixtisası üzrə bitirib. "Novatek", "Qazprom Geolograzvedka" və Transneft Tədqiqat İnstitutunda təcrübə keçib. O, həmçinin Leypsiq Universitetində təhsil alıb və Novatekdə işləyib. Eyni zamanda, Kuklanın nə vaxtsa TASS-da və ya ümumiyyətlə jurnalistikada işləməsinə dair heç bir sübut yoxdur.

Həmkarı Maksim Çerevikin tərcümeyi-halında da "qəribə dönmə" var. MGIMO-da beynəlxalq iqtisadi əlaqələr şöbəsində oxuduqdan sonra "Rosneft"də təcrübə keçib və sonra gözlənilmədən özünü TASS-da - Pekində müxbir kimi tapıb. Orada Çerevik yalnız dörd xəbər dərc edə bilib, xüsusən də Çində insan haqları problemlərinin olmaması ilə bağlı təbliğat bəyanatı ilə seçilib. 2024-cü ildə Moskvada keçirilən Ümumdünya Gənclər Festivalı ərəfəsində Çerevik, TASS-ın Balkanlardakı mətbuat bürosunun rəhbəri Stanislav Varivoda ilə birlikdə Afrika, Avropa, ABŞ-dan gələn qonaqlar və Putinin etibarlı adamı olan "Yeni super qəhrəmanlar" təbliğat layihəsinə nəzarət edib.

"Bir çox digər casuslar kimi Olqa Kukla və Maksim Çerevik də pitsaya olan sevgiləri səbəbindən özlərini yandırıblar. Yeməklərin çatdırılması məlumat bazasına görə, Kukla və Çerevik Moskvanın Taruska küçəsi 20, bina 3-də yerləşən binanın bir mənzilinin ünvanına doqquz dəfə ptsa və içkilər sifariş ediblər. Bura 220 xarici kəşfiyyatçı ailəsi, o cümlədən Xarici İşlər Nazirliyinə təyin edilmiş "Zaslon” SVR-nin çox məxfi bölməsinin döyüşçüləri və dövlət mediasının "məxfi jurnalistləri”nin yaşadığı yerdirt", deyə məqalədə qeyd edilir.

Qeyd olunur ki, sifarişlərin çatdırıldığı 14-cü mərtəbədəki mənzil məxfi mənzildir: "Bu, dörd otaqlı, kiçik sinif otağına çevrilmiş mənzildir. SVR-nin əməliyyat şöbəsində yerləşir. Kompüterlər, dərsliklər, mətbəx və divanlı istirahət otağı var. Orda qeyri-leqal mühacir və ya səfirliklərdə gizli işləyən zabitlər üçün adaptasiya və xarici dil kursları keçirilir".

Bundan əlavə, mallar Çerevikin nömrəsindən Yasenevodakı başqa bir ünvana sifariş edilib. Telefon hesablarına görə, Çerevik Avstriyaya səfərindən əvvəl əvvəllər Almaniyada "Aeroflot"un gizli casusu olub.

"The İnsider" xatırladır ki, TASS sovet dövründən KQB, indi isə SVR tərəfindən kəşfiyyat fəaliyyəti üçün "örtük” kimi istifadə olunur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->