Argentinanın "İndependiente" komandasının baş məşqçisi Karlos Tevez bədbəxt hadisə ilə üzləşib.
Qaynarinfo-nun məlumatına görə evinin hamamında ayağı sürüşərək yıxılan və başı vannaya dəyən argentinalı məşqçi xəstəxanaya aparılıb. Başına 10 yerdən tikiş qoyulan keçmiş futbolçunun beyninin silkələndiyi bildirilir.
Tezliklə xəstəxanaya çatdırılan 39 yaşlı məşqçinin qaş hissəsindən ciddi zədə aldığı, 10 tikiş vurulduğu və bir müddət müşahidə altında saxlandığı öyrənilib.
Yoxlandıqdan sonra evə qayıdan Tevezə həkimlər dincəlməyi məsləhət görüb.
Səbuhi Həsənov
Şərhlər