Xəbər lenti

Tramp sülh planı ilə bağlı yeni açıqlama verdi, lakin Donbas məsələsini şərh etməkdən imtina etdi
Dünya 11:40 13.12.2025

Tramp sülh planı ilə bağlı yeni açıqlama verdi, lakin Donbas məsələsini şərh etməkdən imtina etdi

ABŞ prezidenti Donald Tramp Ukrayna üzrə sülh razılaşması ilə bağlı yeni bəyanatlar verib. Jurnalistlərlə söhbəti zamanı o, Ukraynada sülhə nail olunması istiqamətində "əhəmiyyətli irəliləyiş” olduğunu vurğulayıb və sülh planının işlək olub-olmayacağının "tezliklə bəlli olacağını” bildirib.

Qaynarinfo xəbər verir ki, Tramp bu barədə Ukrayna ilə bağlı suala cavabında deyib.

"Görək nə baş verəcək. Biz hazırda razılaşma əldə edib-edə bilməyəcəyimizi yoxlamaq üzərində işləyirik. Bunu tezliklə biləcəyik”, – Tramp bildirib.

Eyni zamanda o, Rusiyanın ələ keçirdiyi Donbas və digər ərazilərdə "azad iqtisadi zona”nın necə işləyə biləcəyi ilə bağlı suala cavab verməkdən yayınıb.

"Mən bu haqda indi danışmaq istəmirəm. Bu, son dərəcə mürəkkəb vəziyyətdir. Amma bu işləyə bilərdi və bir çox insanlar bunun işləməsini istəyir. Mənim istədiyim yeganə şey hər ay 25 min insanın ölümünün qarşısını almaqdır”, – deyə o bildirib.
Bundan əvvəl Tramp Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı yardım göstərəcəyini açıqlamışdı. Vaşinqtonun mümkün sülhməramlı və ya təhlükəsizlik kontingentində iştirakı ilə bağlı öhdəliklər hələ də gündəmdə qalır. O, həmçinin ABŞ-ın həm Ukrayna, həm də Rusiya ilə razılaşmaya yaxın olduğunu bəyan edib.

Eyni zamanda Tramp bildirmişdi ki, ABŞ Avropada sülh planı ilə bağlı görüşdə yalnız "real şans olacağı təqdirdə” iştirak edəcək. Lakin WSJ nəşri xəbər verib ki, Tramp buna baxmayaraq, görüşə öz xüsusi nümayəndəsi Stiv Uitkofu göndərmək qərarı verib. Bu addım ABŞ-ın ilin sonuna qədər sülh razılaşmasına nail olmaq niyyətini təsdiqləyir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->