Xəbər lenti

Türkiyə Silahlı Qüvvələrinin qərargahına kiber hücumun qarşısı alınıb
Dünya18:50 26.12.2018

Türkiyə Silahlı Qüvvələrinin qərargahına kiber hücumun qarşısı alınıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə mütəxəssisləri Silahlı Qüvvələr qərargahlarının birinə kiber hücum cəhdinin qarşısını alıblar.
Bunu Türkiyə Elmi və Texnoloji Tədqiqatlar Komitəsi və Türkiyə Elmlər Akademiyasının illik mükafatlarının təqdimetmə mərasimində ölkə prezidenti Rəcəb Tayib Ərdoğan deyib.
"Sərhədlərimizin qorunmasına göstərdiyimiz diqqəti ölkəmizin istehsal etdiyi məlumatlar məsələsində də göstərməliyik. Hazırladığımız "Ahtapot” proqramı bir qüvvə komandanlığı qərargahına kiber hücum cəhdini uğurla əngəllədi və qarşıdakı bir NATO təliminə daxil edilib”, – deyə o bildirib. ("Report”)