Xəbər lenti

İdman 11:17 01.11.2022

Ukraynanın FIFA-dan istəyi: "İranı DÇ-dən qovun..."

Ukrayna Futbol Federasiyası İranın Qətərdə keçiriləcək dünya çempionatından kənarlaşdırılması üçün FİFA-ya müraciət edib.

Qaynarinfo xəbər verir ki, İran Ukraynanın işğalına kömək etmək üçün Rusiyaya silah verməkdə və FİFA-nın insan haqları və ayrı-seçkiliyə qarşı nizamnaməsinin 3 və 4-cü maddələrini pozmaqda ittiham olunur. Ukrayna Futbol Federasiyasından verilən açıqlamada aşağıdakı ifadələrdən istifadə edib:

"İranda FİFA nizamnaməsinin prinsip və normalarının, insan hüquqlarının sistematik şəkildə pozulması ilə bağlı mediada yayılan məlumatlar nəzərə alınmalıdır. BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaların tətbiqi və Rusiyanın Ukraynaya müdaxiləsində onların köməyini nəzərə alaraq, İran millisinin 2022-ci il dünya çempionatından kənarlaşdırılmasını tövsiyə edirik".

Donetsk "Şaxtyor"unun baş direktoru Sergey Palkin də bir müddət əvvəl verdiyi açıqlamada İranın turnirdən qovulmasını və yerinə Ukraynanın gətirilməsini xahiş etmişdi.

Ukraynanın paytaxtı Kiyev bu ayın əvvəlində Rusiya ordusunun yerləşdirdiyi mövqelərdən İran istehsalı olan "kamikadze” pilotsuz təyyarələr tərəfindən vurulub. Ukrayna prezidenti Voldimyr Zelenski yeddi PUA-nın vurulduğunu, ABŞ isə İranın Rusiya tərəfindən işğal olunmuş Krıma hərbi qüvvələr yerləşdirdiyini bildirib.

Asiya təsnifat mərhələsində öz qrupunda birinci olan İran Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb, Ukrayna isə iyunda keçirilən pley-off matçında Uelsə uduzaraq turnirdə iştirak hüququnu itirib.

Noyabrın 21-də B qrupunda ilk oyununda İngiltərə ilə qarşılaşacaq İranın digər rəqibləri Uels və ABŞ-dır.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?