
Luqansk separatçıları göyərtəsində 49 nəfərin olduğu İl-76 hərbi nəqliyyat təyyarəsinin vurulmasına görə məsuliyyəti üzərlərinə götürüblər.
Musavat.com-un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, təyyarə vurulduqdan sonra Luqansk hava limanının ərazisinə düşüb.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 49 nəfər, hərbir texnika və ərzaq olub. Luqanska yollanan bütün desantlar və heyət üzvləri həlak olublar.
Qaynar.info