Xəbər lenti

Velosipedçimiz Ukraynada çempion oldu
İdman17:12 27.07.2020

Velosipedçimiz Ukraynada çempion oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın şose velosipedi üzrə Elit yığma komandasının və "Bahrain Cycling Academy” kontinental klubunun üzvü, Tokio Yay Olimpiya Oyunlarında qrup ötüşməsində çıxış edəcək Elçin Əsədov Ukraynanın Odessa şəhərinin Açıq çempionatının qalibi olub.
Azərbaycan Velosiped İdmanı Federasiyasının Mətbuat xidmətindən verilən məlumata görə, Əsədov həm 15 km-lik fərdi ötüşmədə, həm də 90 km-dən ibarət qrup ötüşməsində 1-ci yeri tutub.
Beləliklə, o, iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.