Xəbər lenti

Dünya 14:00 12.02.2026

"WhatsApp" Rusiya tərəfindən tamamilə bloklana bilər - Yeni proqram gəlir

Rusiya ölkədə "WhatsApp"ı tamamilə bloklamağa çalışır.
 
Qaynarinfo xəbər verir ki, bunu ABŞ-ın texnologiya nəhəngi "Meta" rəsmi açıqlamasında bildirib.
 
Şirkət qeyd edir ki, Moskvanın məqsədi istifadəçiləri dövlət nəzarətində olan rəqib xidmətə yönəltməkdir və bu addım potensial olaraq 100 milyon insanı təsir edə bilər.

AFP xəbər agentliyinə görə, Rusiya hökuməti vətəndaşları daha sıx nəzarət olunan yerli onlayn xidmətlərdən istifadə etməyə təşviq etməyə çalışır. Moskva hakimiyyəti internet platformalarının bir sıra qanunlara, o cümlədən istifadəçi məlumatlarının ölkə daxilində saxlanmasını tələb edən qanunlara əməl etməmələri halında onları məcburən yavaşlatmaq və ya tamamilə bloklamaqla hədələyib.

"X" platformasında edilən paylaşımda qeyd olunub ki, Rusiya hökuməti bu gün "WhatsApp"ı tamamilə bloklamağa çalışdı, məqsəd insanları dövlət nəzarətində olan bir gözetim tətbiqinə yönləndirməkdir.

Bu xəbər Rusiya internet nəzarət orqanının "Telegram" mesajlaşma platformasına mərhələli məhdudiyyətlər tətbiq edəcəyini açıqlamasından sonra gəlib.

Moskva həmçinin vətəndaşları dövlət tərəfindən hazırlanmış "Max" adlı platformaya yönəltmək üçün çalışır. "Max" tətbiqi mesajlaşma və dövlət xidmətlərini birləşdirir, lakin şifrələmə funksiyası yoxdur və Çin-in "WeChat2 tətbiqinə bənzədilir.

Günay
--> -->