Sənət 08:44 02.06.2022

Xalq artisti konsertinə görə maşınını satdı

Xalq artisti Brilliant Dadaşovanın bu gün solo konserti baş tutub.

Qaynarinfo xəbər verir ki, müğənni səhnəyə çıxmazdan əvvəl media nümayəndələri ilə görüşüb. Dadaşova konserti üçün avtomobilini satdığını deyib:

"Təşkilatçı dedi ki, mən yalnız sizin konsertinizi təşkil edirəm: bir mikrofon və iki bek vokal mikrofonu. 5-10 nəfərlik ansamblım olacaqdı. Özüm isə daha böyük heyətlə çıxıram. Səs texnikadır, mikrofonlar lazımdır. Təbii ki, bunlar da xərcdir. Düzdür, biletlər satılıb, salon dolub. Amma bunun bizim "Səs Azərbaycan”la bir yerdə çıxmağımıza aidiyyatı yoxdur. Üzərimə götürmüşəm, təşkilatçı buna qatılmır. Ona görə maşınımı satdım. Əlbəttə üzüldüm”.