İranın ali rəhbəri Seyid Əli Xameneyinin amnistiya direktivi ölkədə birmənalı qarşılanmayıb.
Qaynarinfo iranlı fəallara istinadən xəbər verir ki, 22 yaşlı Məhsa Əminin polis bölməsində ölümünə etiraz olaraq keçirilən aksiyalarda həbs edilənlərdən bəziləri də amnistiyaya düşüb.
Hakimiyyət bunu humanizm kimi qələmə verməyə çalışsa da, fəallar bu aktın təbliğat xarakterli olduğunu düşünür. Həmçinin məlum olub ki, amnistiyaya düşənlər hökumət rəsmilərinin dediyi kimi "tövbə edənlər”dir.
Azadlığa buraxılanlar əsasən Sistan və Bəlucistan əyalətində həbs edilənlərdir. İRNA agentliyinin məlumatına görə, əyalətin prokuroru Mehdi Şəmsabadi bildirib ki, növbəti həftə Xameneyinin "amnistiya direktivinə tabe olan” bütün şəxslər azadlığa buraxılacaq.
Beləliklə, aydın olur ki, hökumət aksiyalarda həbs edilənlərlə bağlı "profolikatik təbdirlər”dən sonra onları azadlığa buraxır. Hökumətin şərtləri ilə razılaşmayanlar isə həbsdə saxlanılır.
İranın məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Mohseni deyib ki, tövbə etməyənlərlə qətiyyətlə məşğul olacaqlar. Onun bu fikri də rejimlə razılaşmayanların azadlığa buraxılmayacağını deməyə əsas verir.
İranın bir sıra hüquqşünasları və hüquq müdafiəçiləri isə Xameneyinin aminstiya aktını "təbliğat amnistiyası” adlandırıblar.
İran İnsan Haqları Təşkilatı isə Əli Xameneinin amnistiya aktını riyakarlıq kimi dəyərləndirib.
Seyid
Şərhlər