Xəbər lenti

Ölkə 11:38 13.09.2023

Xanım idman həkimi Mərkəz direktoru təyin edildi (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Respublika Reabilitasiya Mərkəzinə yeni direktor təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Kazımova Vüsalə Məzahir qızı bu vəzifəyə təyin olunub.

Vüsalə Kazımova bundan əvvəl Respublika Reabilitasiya Mərkəzinin direktor müavini işləyib. 

Qeyd edək ki, Vüsalə Kazımova Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİ) Bədən tərbiyəsi və idman ixtisasının "İdman tibbi və reabilitasiya” ixtisasasını bitirib. Uzun müddət Azərbaycan Voleybol Federasiyasının həkimi vəzifəsində çalışıb.

Əhməd
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->