
Misir hökuməti ordunun Mursi tərəfdarlarına qarşı müdaxiləsini müdafiə edib.
Qaynar.info xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin açıqlamasında qan tökülməsindən təəssüf hissi keçirdikləri, ancaq hökumətin bundan başqa yolu olmadığı bildirilib.
Qahirə bəzi ölkələrin səsləndirdikləri narahatlıqları anlayışla qarşıladıqlarını, ancaq Türkiyə və Qətərin həddindən artıq sərt reaksiya verdiklərini bildirib.
Açıqlamada deyilib ki, Türkiyə Misirin daxili işlərinə qarışmaqla həddini çox aşıb.
Qeyd edək ki, Türkiyə Misirdəki hadisələri qətliam adlandıraraqBMT Təhlükəsizlik Şurasını hərəkətə keçməyə çağırmışdı.
Qaynar.info