Xəbər lenti

Yunanıstanda dəhşətli meşə yanğınları davam edir (FOTOLAR)
Dünya14:32 14.08.2017

Yunanıstanda dəhşətli meşə yanğınları davam edir (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yunanıstanın Kalamos bölgəsində dünən başlayan yanğının qarşısını almaq hələ də mümkün olmayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, alovlar sürətlə ətraf ərazilərə yayılır. Dünəndən bəri minlərlə hektar meşə sahəsi yanaraq külə dönüb. 

Ölkə rəsmiləri yanğını söndürmək üçün daha çox texnikaya ehtiyacları olduğunu deyib. Yanğınsöndürənlərin sayının çox az olduğu bildirilir.

Qeyd edək ki, yanğını söndürmək üçün 150 yanğınsöndürən, 70 yanğınsöndürən maşın və çox sayda könüllü əraziyə cəlb edilib.

Gülşən

Qaynarinfo.Az