Ukrayna Silahlı Qüvvələrinin (USQ) baş komandanı Valeri Zalujnının cəbhə xəttindəki vəziyyəti çıxılmaz kimi qələmə verdiyi məqalənin dərcindən sonra bəzi Qərb liderləri Kiyevə zəng vurublar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times"
yazır.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Qərb müttəfiqləri Rusiya ilə danışıqların indi Ukrayna üçün prioritet olub-olmadığını aydınlaşdırmaq istəyiblər.
Noyabrın əvvəlində Valeri Zalujnı Britaniyanın "The Economist" nəşri üçün yazdığı məqalədə bildirib ki, Rusiya ilə hərbi münaqişə "dalana dirənib" və hər iki tərəfdən cəbhədə irəliləyişlər gözləməyin mənası yoxdur. O, həmçinin Ukraynanı "illərlə davam etdirə və tükəndirə biləcək” "mövqe müharibəsi”nə keçmə riski barədə xəbərdarlıq edib.
Ukrayna prezidenti Volodimir Zelenski Valeri Zalujnının məqaləsini şərh edərkən bildirib ki, o, Rusiya ilə hərbi münaqişə zamanı yaranmış vəziyyəti çıxılmaz vəziyyət hesab etmir. Dövlət başçısının sözlərinə görə, F-16 qırıcıları Ukrayna ordusuna veriləndən sonra cəbhədəki mövcud vəziyyətdən çıxmaq mümkün olacaq.
Nizami Bağırov
Şərhlər