Xəbər lenti

Zaporojye AES-in ətrafında vəziyyət potensial təhlükəyə çevrilir - MAQATE
Dünya 12:38 07.05.2023

Zaporojye AES-in ətrafında vəziyyət potensial təhlükəyə çevrilir - MAQATE

Zaporojye Atom Elektrik Stansiyası (AES) ətrafında vəziyyət potensial təhlükəli xarakter alır.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib.

"Mən stansiyanın üzləşdiyi real nüvə təhlükəsizliyi risklərindən son dərəcə narahatam", deyə baş direktor qeyd edib. 

Qrossinin sözlərinə görə, ərazidə olan MAQATE ekspertləri cümə gecəsi də daxil olmaqla, atəş səslərini eşitməyə davam edirlər:

"Bu böyük nüvə obyekti qorunmalıdır. Mən bu həyati məqsədə nail olmaq naminə bütün tərəflərin öhdəlik götürməsi üçün təzyiq göstərməyə davam edəcəm və MAQATE stansiyada nüvə təhlükəsizliyini təmin etmək üçün əlimdən gələni edəcəyəm", deyə o əlavə edib. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->