"Kreml rasional qərarlar qəbul edə bilmədiyindən, AES-in partladılması ehtimalı böyükdür”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri son zamanlar bəzi mətbuat orqanların Rusiyanın Zaporejye AES-ı partladacağı ilə bağlı məlumatlarını şərh edərkən deyib:
"Zaporojye AES-nin partladılması gözləniləndir. Bunun baş verməsi üçün zəmin var. Belə ehtimal çox yüksəkdir. Bu obyekt hazırda Rusiya qoşunlarının nəzarəti altındadır.Rusiya stansiyanın yerləşdiyi bölgənin azad edilməsi üçün qarşı tərəfin keçirdiyi əməliyyat zamanı vurulan zərbə nəticəsində AES-in partladılması görüntüsünü yarada və onun səbəbkarı kimi Ukrayna göstərilə bilər. İstər Rusiya, istərsə də Ukrayna tərəfindən hər an AES-ə artileriya raket zərbələrinin endirilməsi gözləniləndir. Ukrayna AES-ə heç bir zərbə vurmadan, sadəcə olaraq, Zaporojyenin bütün ətrafını azad etməklə, həmin bölgəni uzun müddətli mühasirədə saxlayıb, ərazidən rus qoşunlarının çıxarılmasına nail ola bilər. Hazırda bu plan üzərində iş gedir. Ancaq hər bir halda, Rusiyanın son anda AES-in partladılmasına gedəcəyini də istisna etmək olmaz. Çünki Rusiya batan gəmiyə bənzəyir. Batan gəmi isə hər bir halda özü ilə yanaşı digərlərinin də həmin dalğada məhv olmasını istəyir. İndiki halda Rusiya rəhbərliyinin rasional qərarlar qəbul edə bilmədiyini nəzərə alsaq, belə vəziyyətdə AES-in partladılması ehtimalı böyükdür. Belə bir partlayış digər region dövlətlərini də ciddi zərbə altında qoya bilər”.
Qeyd edək ki, hazırda Ukrayna Ordusu əks-hücum əməliyyatı həyata keçirir. Hazırda rusların işğalı altında olan Zaporojye AES əks-hücum əməliyyatı zonasına daxildir. Bu fonda Ukrayna Prezidenti Volodimir Zelenski və bir sıra mətbu orqanlar Rusiyanın sözügedən obyekti partlada biləcəyini bəyan ediblər.
Rüfət Sultan
Şərhlər