Ötən gün Putin Ukraynanın Avropa İttifaqına üzv olma məqsədinin onun "qanuni seçimi" olduğunu bəyan etmişdi. Bu sözlərə Ukrayna prezidenti Vladimir Zelenski mətbuat konfransında cavab verib.
Qaynarinfo xəbər verir ki, bu barədə UNİAN-ın müxbiri
yazıb.
"Axır ki, Rusiyadan siqnallar eşidirik ki, onlar artıq Ukraynanın Avropa İttifaqına üzvlüyünü qəbul edirlər. Təəssüf ki, onlar reallığı bu qədər gec qəbul edirlər. Rusiya hələ 2013-cü ildən bu sadə fikrə gəlməli idi. Amma indi bunu Rusiyanın Avropadakı bəzi böyük dostları da eşitməlidir. Əgər hətta Putin etiraz etmirsə, bəzi ölkələrin, xüsusilə də Macarıstanın danışıqlar klasterləri ilə bağlı mövqeləri doğrudan da qəribə görünür", – Zelenski deyib.
O, həmçinin dünən Avropa siyasətçiləri və Tramp ilə "İstəkli Koalisiya" görüşü çərçivəsində apardığı söhbəti də şərh edib. Zelenski xüsusən bir daha bildirib ki, Tramp avropalıların rus qazı alması ilə razı deyil: "Bu, xüsusilə bəzi Avropa ölkələrinin – həm Slovakiya, həm də Macarıstanın siyasəti ilə bağlıdır. Yəqin ki, başqa ölkələr də var. Və bu gün bir qədər sonra Slovakiya baş naziri ilə bu barədə danışacağam. Ümid edirik ki, digər qonşularımız da müvafiq siqnalları eşidəcəklər", – Zelenski əlavə edib.
Qeyd edək ki, ötən gün Vladimir Putin Ukrayna ilə bağlı bir sıra bəyanatlar verib. Xüsusilə o, Kiyevin Aİ-yə üzv olmaq istəyini "qanuni seçim" adlandırmışdı. Bunun fonunda o, həmçinin 2013–2014-cü illərdəki hadisələrə də münasibət bildirib.
"O dövrdə, prezident Yanukoviç olarkən, bizim üçün problem ondan ibarət idi ki, Ukraynanın Avropa iqtisadi münasibətlər sisteminə inteqrasiyası bizim üçün müəyyən iqtisadi xarakterli problemlərlə bağlı idi... Və bu, bizim üçün müəyyən nəticələr doğururdu. Ukrayna isə tərəzidə ölçməli idi – bizimlə birbaşa maliyyə ifadəsində nələri itirirdi və orada nələri qazanırdı", – Putin deyib.
Alpər
Şərhlər