2010-cu ildə baş verən oğurluqda ittiham olunaraq barəsində həbs qərarı verilən və 16 ildir qaçaq olan slovakiyalı kişi Qış Olimpiya Oyunlarında milli xokkey komandasının Finlandiya ilə oyununu izləmək üçün İtaliyaya gələrkən həbs edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
44 yaşlı kişi Milan yaxınlığındakı qonaq evinə yerləşdikdən sonra polis tərəfindən aşkarlanıb. Oyun başlamazdan əvvəl onu San-Vittore mərkəzi həbsxanasına aparıblar, buna görə də Slovakiya komandasının 4:1 hesabı ilə sensasion qələbəsini izləyə bilməyib.
Polisin məlumatına görə, kişinin cəmi 11 ay və 7 gün həbs müddəti qalıb. Bu arada Slovakiya komandası medal uğrunda mübarizəni davam etdirir və İsveç ilə matça hazırlaşır.
Aydın
Şərhlər