Xəbər lenti

35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq
Ekonomiks09:37 22.11.2024

35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) balansında olan 35 su nəqliyyatı vasitəsini açıq hərraca çıxarır.
Qaynarinfo bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hərrac dekabrın 24-də, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.
Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ASCO-nun hesabına beh ödəməlidir.