Xəbər lenti

ABŞ-dan Rusiya ilə bağlı Gürcüstana çağırış
Dünya08:38 11.03.2023

ABŞ-dan Rusiya ilə bağlı Gürcüstana çağırış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşdə xəbərdarlıq edib ki, respublika Rusiyaya sanksiyalardan yayınmağa kömək etməməlidir. 
Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bu barədə  Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ukraynada hərbi əməliyyatların başlamasına cavab olaraq ABŞ və 30-dan çox ölkənin tətbiq etdiyi sanksiyaların, ixrac və digər iqtisadi məhdudiyyətlərin Rusiyanın iqtisadi nəticələrini tam şəkildə hiss etməkdə davam etməsinin zəruriliyini müzakirə ediblər.
"Sallivan Gürcüstanın [sanksiyalardan] yayınma platformasına çevrilməməsinin vacibliyini vurğulayıb”, - hesabatda deyilir.
Alpər