Dünya 10:43 07.07.2022

ABŞ və Britaniya kəşfiyyatı: Çin Qərb üçün Rusiyadan daha böyük təhlükədir

FTB və MI5 rəsmiləri xəbərdarlıq ediblər ki, Çin Qərb üçün çox böyük təhdiddir və Rusiya ilə müqayisədə daha böyük təhlükədir. 

Qaynarinfo "Theguardian"a istinadla xəbər verir ki, yüksək rütbəli məmurların fikrincə, Pekin informasiyanı oğurlamaq üçün internet texnologiyasından istifadə edir.

Guardian-ın məlumatına görə, Britaniyanın Daxili Təhlükəsizlik və Əks Kəşfiyyat Agentliyinin  (MI5) rəhbəri son üç ildə 50 çinli tələbənin həssas akademik tədqiqatların oğurlanmasına qarşı mübarizədən sonra İngiltərəni tərk etdiyini açıqlayıb. Britaniyalı təhlükəsizlik rəsmisinin sözlərinə görə, onun rəhbərliyi altında olan təşkilatın indiyədək üzləşdiyi "sənaye sirləri” və "intellektual mülkiyyəti” ciddi şəkildə hədəf alan Çin Kommunist Partiyasıdır.

Bu sözləri Böyük Britaniyanın Daxili Təhlükəsizlik və Əks Kəşfiyyat Agentliyinin rəhbəri Ken Makkallum amerikalı həmkarı Kristofer Rey ilə görüşdə deyib. 

Amerika Birləşmiş Ştatlarının Federal Polisinin rəhbəri də bəyan edib ki, Pekin Qərb ölkələri ilə mövcud rəqabəti üstələmək üçün onların texnologiyalarını oğurlamaqda "qətiyyətlidir”.

Kristofer Rey Çinin iqtisadi sahədəki casusluq əməliyyatlarından narahat olduğunu bildirib və ölkənin xaricdəki rəqiblərini sıxışdırmaq praktikası ilə bağlı xəbərdarlıq edib.

M.Arif