İdman 17:42 15.10.2022

AFFA İntizam Məcəlləsində köklü dəyişikliklər etməyə hazırlaşır

2022/2023 mövsümündən AFFA İntizam Komitəsinin (İK) İntizam Məcəlləsində köklü dəyişiklik ediləcək.

Bu barədə "Report"a İK sədri Erkin Hüseynov məlumat verib. Onun sözlərinə görə, hazırda komitə komissiya şəklində bunun üzərində işləyir.

Hüseynov bildirib ki, bəzi sanksiya və qaydalar Avropa futbol qaydalarına tam uyğunlaşmalıdır: "Bəzi sanksiyaların yüngülləşməsi, bəzilərinin isə ağırlaşması nəzərdə tutulub. Mümkün dəyişikliklər məcəllədə öz əksini tapacaq".

İK sədri dəyişiklik etməkdə əsas məqsədlərinin futbolun keyfiyyətini artırmaq olduğunu vurğulayıb.