Xəbər lenti

Şahin Bağırov büdcə imtahanından niyə kəsildi?
Ekonomiks 16:18 08.10.2025

Şahin Bağırov büdcə imtahanından niyə kəsildi?

Dövlət Gömrük Komitəsi (DGK) 2025-ci ilin 9 ayı üçün büdcə proqnozunu doğrultmayıb. Bir neçə gün əvvəl Maliyyə Nazirliyinin yaydığı məlumatdan aydın olur ki, 2025-ci ilin 9 ayı üçün gömrükdən daxilolmalar 4 milyard 748 milyon manat təşkil edib. Bununla da proqnoz 98, 4 faiz, yəni, təxminən 2 faiz az icra edilib. 

Ötən ilin eyni dövrü ilə müqayisə apardıqda isə məlum olur ki, gömrük xətti ilə daxilolmalarda 3,7 faiz azalma var. 

İqtisadçı ekspert Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, gömrük xətti ilə daxilolmaların azalması alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlı ola bilər. 

Onun sözlərinə görə, alıcılıq qabiliyyətinin zəifləməsi nəticəsində ölkəyə idxal edilən malların həcmi azaldığı üçün təbii olaraq gömrük xətti ilə daxilolmalar da azalır. 
 


"Vətəndaşların real gəlirləri aşağı düşdükcə, onlar daha az mal və xidmətlərdən istifadə edirlər. Bu da gömrük xətti ilə daxilolmalara təsir edir", deyə ekspert vurğulayıb. 

Natiq Cəfərli hesab edir ki, alıcılıq qabiliyyətinin zəifləməsi həm də DGK-nın 15 faizlik rüsumla rəsmiləşdirmə siyasətinin nəticəsi hesab edilə bilər. Ekspertə görə, yüksək faizli rüsumlar bahalaşmanı şərtləndirir. Nəticədə real gəlirləri artmayan vətəndaşların alıcılıq qabiliyyəti aşağı düşür. 

Natiq Cəfərlinin fikrincə, DGK yüksək faizli rüsumları büdcə proqnozunu doğrultmaq üçün tətbiq edir: "Əgər yüksək faizli rüsumlar olmasaydı, bəlkə də kəsir daha çox olardı. Çünki dediyim kimi, vətəndaşların real gəlirləri artmır".

Qeyd edək ki, komitənin sədri Şahin Bağırovdur. O, 2023-cü ildən bu vəzifədədir. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->