Xəbər lenti

Şahin Bağırov müavininin rütbəsini qaldırdı (FOTO)
Ölkə 13:41 24.05.2025

Şahin Bağırov müavininin rütbəsini qaldırdı (FOTO)

Dövlət Gömrük Komitəsinin sədrinə yeni təyin olunan müavin Fuad Məmmədovun rütbəsi artırılıb.

Qaynarinfo Unikal-a istinadən xəbər verir ki, bununla bağlı DGK sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, F.Məmmədova gömrük xidməti polkovniki rütbəsi verilib. O, iki ay əvvəl vəzifəyə təyinat alanda rütbəsi mayor idi.

Qeyd edək ki, Fuad Məmmədov Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->