Xəbər lenti

Şahin Bağırov yeni rəis təyin etdi (FOTO)
Ölkə 17:20 21.02.2025

Şahin Bağırov yeni rəis təyin etdi (FOTO)

Dövlət Gömrük Komitəsinin (DGK) Hüquqi Təminat İdarəsinə yeni rəis təyin edilib.

Qaynarinfo "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə gömrük xidməti mayoru Tural Məhərrəm oğlu Həsənli təyinat alıb. T.Həsənli 2024-cü ildən adıçəkilən idarə rəisi vəzifəsini icra edirdi.

Qeyd edək ki, DGK-nın Hüquqi Təminat İdarəsinin əvvəlki rəisi Sənan Muxtarov ötən il təqaüdə göndərilib. S.Muxtarov 32 il bu vəzifədə çalışıb.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->