Xəbər lenti

Antalyaya 1993-cü ildən sonra qar yağdı - 29 ildən sonra ilk (FOTOLAR)
Dünya07:52 25.01.2022

Antalyaya 1993-cü ildən sonra qar yağdı - 29 ildən sonra ilk (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin cənubunda, Antalyanın mərkəzinə çərşənbə axşamı günü 29 il ərzində ilk dəfə qar yağıb.
Qaynarinfo xəbər verir ki, şəhərə qar yerli saatla 03:00-da yağmağa başlayıb. Məlumata görə, sonuncu dəfə 1993-cü ilin yanvarın 7-də Antalyada 5 sm qar düşüb.
yanvarın 21-dən etibarən çovğun əsasən Türkiyənin şimal-qərbində davam edir, havanın kəskin dəyişməsindən ən çox İstanbul zərər çəkib. Çərşənbə axşamı günü sakinlərə saat 13:00-a qədər şəxsi avtomobillərdən istifadə etməyi qadağan edilib və yerli hava limanında bütün uçuşlar da bu vaxtadək dayandırılıb. 
Artıq Mərmərə dənizinin bir sıra ərazilərində orta hesabla 50-60 santimetrə qədər qar yağıb. Bəzi mərkəzi əyalətlərdə və ölkənin cənubunda da yağıntılar düşüb.