Xəbər lenti

İdman 22:28 24.03.2024

Araz Abdullayevin yeni klubu müəyyənləşdi

"Zirə” yeni futbolçu ilə anlaşıb.
 
Qaynarinfo-nun məlumatına görə, klub Abdullayevi transfer edib. 31 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. Yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq hüququnun "Zirə”yə məxsus olduğu nəzərə çatdırılıb.

Futbolçu karyerası ərzində "Neftçi”, "Qəbələ”, "Qarabağ”, "Sumqayıt”, İngiltərənin "Everton”, Yunanıstanın "Panionis”, Kiprin "Anortosis”, "Etnikos”, Türkiyənin "Boluspor”, Kosovonun "Lapi” klublarının şərəfini qoruyub.
 
Araz Abdullayev Azərbaycan millisində meydana çıxdığı 40 oyunda 3 dəfə fərqlənməyi bacarıb.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->