Xəbər lenti

ATV-də dəyişiklik: “Xəbərin olsun” (VİDEO)
Video 11:51 22.09.2023

ATV-də dəyişiklik: “Xəbərin olsun” (VİDEO)

Yeni mövsümə iddialı başlamağı qarşısına məqsəd qoyan ATV telekanalı növbəti dəyişikliyini izləyicilərlə bölüşüb.

Qaynarinfo xəbər verir ki, telekanal iki məşhur simanı heyətinə qatıb.

Belə ki, Kübra Məhərrəmova və Sərdar Amin artıq ATV-nin efirində görünəcəklər.

Məşhur simalar telekanalda həftə içi 5 gün saat 07:30-da "Xəbərin olsun” səhər proqramı ilə tamaşaçıların qarşısında olacaq.

ATV-nin yeni proqramının anonsu artıq efirdə yayımlanır.

Qeyd edək ki, daha öncə telekanalın səhər proqramı "ATV Səhər” adlanırdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->