İdman 16:24 24.02.2023

Avroliqa və Konfrans Liqası: 1/8 final cütləri müəyyənləşdi

Avropa Liqası və Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
 
Qaynarinfo xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə bu mərhələdə qarşılaşacaq cütlər müəyyənləşib. 1/8 finalın ilk oyunları martın 9-da, cavab matçları isə 1 həftə sonra keçiriləcək.

Avropa Liqası
1/8 final

Union Berlin (Almaniya) - Union (Belçika)
Sevilya" (İspaniya) - Fənərbağça (Türkiyə)
Yuventus" (İtaliya) - Frayburq (Almaniya)
Bayer" Leverkuzen (Almaniya) - Ferentsvaroş (Macarıstan)
Sportinq (Portuqaliya) - Arsenal (İngiltərə)
Mançester Yunayted (İngiltərə) - Betis (İspaniya)
Roma (İtaliya) - Real Sosyedad (İspaniya)
Şaxtyor Donetsk (Ukrayna) - Feyenoord (Niderland)

Konfrans Liqası
1/8 final

AEK (Larnaka, Kipr) - Vest Hem (İngiltərə)
Fiorentina (İtaliya) - Sivasspor (Türkiyə)
Latsio (İtaliya) - Alkmaar (Niderland)
Lex (Polşa) - Yurqarden (İsveç)
Bazel (İsveçrə) - Slovan (Slovakiya)
Şerif (Moldova) - Nitsa (Fransa)
Anderlext (Belçika) - Vilyarreal (İspaniya)
Gent (Belçika) - Başakşehir (Türkiyə)