Xəbər lenti

Avropa standartları ilə yeni təhsil mərkəzi açıldı
Ölkə 11:21 08.09.2024

Avropa standartları ilə yeni təhsil mərkəzi açıldı

Ucarda Avropa standartlarına uyğun yeni Təhsil Mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə "EL school" Təhsil Mərkəzinin Meneceri Dürdanə Əhmədova məlumat verib. Dürdanə Əhmədova bildirib ki, "EL school" Təhsil Mərkəzinin təsisçisi və direktoru tanınmış yazıçı və jurnalist Elçin Aslangildir.

"EL school" Təhsil Mərkəzində 1 -ci sinifdən, 11- ci sinifə qədər şagirdlər təhsil alır. 10 və 11-ci sinif şagirdlərinə abituriyent hazırlıqları yüksək səviyyədə tədris olunur. Bundan başqa "EL school" Təhsil Mərkəzində beş yaşlılar üçün təlim və tədris, eləcə də, müəllimlərin işə qəbulu (MİQ) hazırlığı mövcuddur".
 
"EL school"da şagirdlərə Rəssamlıq və piroqrafiya, ingilis dilindən danışıq kursları da keçiriləcək. Şagirdlərin motivasiyasını təşkil etmək üçün EL schoolda kino kulubu, kitab klubu, ayda iki dəfə elm və sənət adamları ilə onlayn görüşlər, eləcə də nitq mədəniyyəti təlimləri ödənişsiz olacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->