Xəbər lenti

AXCP BŞİH-in təklif etdiyi zalı niyə qəbul etməyib? (AÇIQLAMA)
Siyasət 12:02 27.04.2023

AXCP BŞİH-in təklif etdiyi zalı niyə qəbul etməyib? (AÇIQLAMA)

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) növbəti qurultayının keçirilməsi ilə bağlı müraciətinə cavab verib.
 
Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın Ali Məclis sədri Nurəddin Məmmədli deyib. 

O bildirib ki, BŞİH partiyaya qurultay keçirmək üçün Maştağa qəsəbəsindəki Mədəniyyət Evi təklif edib:
 
"Həmin zal cəmi 250 nəfərlikdir. Qurultay iştirakçılarının sayı çoxdur. Yalnız rayon şöbələrində keçirilən konfranslarda seçilən nümayəndələrin sayı 400 nəfərdən artıqdır. Odur ki, zəng edib, partiyaya başqa bir yerin verilməsini təklif etdim”. 

Nurəddin Məmmədli təklifinin qəbul olunacağına ümid etdiyini deyir. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->