Xalq Artisti Aygün Kazımova yeni albomunu təqdim edib. 

Qaynarinfo xəbər verir ki "Duy” adlanan EP albom Azərbaycan musiqisində növbəti yenilikdir. Dünyaca məşhur DJ Vendetta tərəfindən hazırlanan "DUY” adlı mahnının musiqisi dinləyicini eşidən andan özünə valeh edir. Bu dəfə, Azərbaycan şou biznesinin yaradıcısı hesab olunan Aygün Kazımova milli musiqi ilə müasir musiqinin sintezini təqdim edir. 

Tar, Kaman, Zurna, Ud kimi musiqi alətlərinin səsi və müğənninin gözlənilməz muğam alboma xüsusi əhval ruhiyyə qatır. Aygün dinləyiciləri yarım saat ərzində musiqinin ahəngini duymağa dəvət edir. Albomun musiqi prodüsseri məşhur gürcü musiqiçisi Kakhaberi-dir. Səsyazmalar Bravo studiyasında həyata keçirilib.
 
Bütünlüklə beynəlxalq komanda tərəfindən ərsəyə gətirilən bu sənət nümunəsi keyfiyyəti ilə seçilir. Layihə SS Production tərəfindən reallaşdırılıb.

Albomu BURADAN əldə edə bilərsiniz.