Xalq artisti Aygün Kazımova qızı İlqarə Kazımovadan danışıb.
"Xəzər axşamı" proqramında qonaq olan ifaçı yeganə övladına hər zaman dəstək olduğunu və heç zaman azadlığını əlindən almadığını deyib:
"İlqarə məni ötüb-keçib. Qızım məndən uzundur, maşallah. İlqarə səhnədə böyüdü. 4 yaşı olanda Heydər Əliyev Sarayında mənimlə birlikdə konsertlərimdə çıxış etməyə başladı. Böyük ulduzların olduğu "Aygün şou"da qızım çıxış edirdi.
Gözümüzün önündə böyüdü, 32 il keçib, amma sanki hər şey dünən olub... Həddindən artıq üstündə təpinmək olmaz, o da bir insandır, öz dünyası, həyatı var. Bir ana kimi, əlbəttə, vaxtında nələrsə demişəm. Amma o azadlığı əlindən almamışam və düşünürəm ki, almayacam da...".
Şərhlər