Xəbər lenti

Azərbaycan idmançısı Avropa çempionatında bürünc medal qazandı
İdman19:01 19.05.2022

Azərbaycan idmançısı Avropa çempionatında bürünc medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında bürünc medal qazanıb.
Azərbaycan Taekvondo Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə, 58 kq-da çıxış edən idmançı mübarizəyə 1/4 finaldan başlayıb.
Bu mərhələdə özbəkistanlı Sanjarbəy Muntorova qalib gələn Zeynalov yarımfinala adlayıb və bürünc medalı təmin edib.
Finala gedən yolda onun rəqibi türkiyəli Əli Özcan olub. Rəqibinə uduzan Azərbaycan təmsilçisi 3-cü yerlə kifayətlənib.
Qeyd edək ki, 47 kq-da mübarizə aparan qadın parataekvondoçu Röyalə Fətəliyeva isə startda Türkiyə idmançısı Nurcihan Ekinci ilə dueldən məğlub ayrılaraq, medalsız qalıb.