Xəbər lenti

Azərbaycan millisi Estoniyaya uduzdu
İdman19:20 05.09.2019

Azərbaycan millisi Estoniyaya uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Çimərlik Futbolu Liqasının Super final mərhələsinə start verilib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan yığması həlledici mərhələyə uğursuz başlayıb.

Komanda ilk turda Estoniya yığması ilə qarşılaşıb. Milli əlavə vaxtda məğlub olub - 3:4.

Azərbaycan komandasında Vaqif Şirinbəyov, Elçin Qasımov və Renat Sultanov fərqlənib.

Qeyd edək ki, milli sabah Rumıniya yığması ilə qarşılaşacaq.