İdman 09:47 07.04.2023

Azərbaycan Premyer Liqasında 29-cu tura start verilir

Bu gün Azərbaycan Premyer Liqasında 29-cu tura start veriləcək.

Qaynarinfo xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq. "Qəbələ" doğma meydanda "Zirə"ni qəbul edəcək. Komandalar indiyədək Azərbaycan çempionatlarında 30 dəfə qarşılaşıb. Bunların 10-da "qırmızı-qaralar", 6-da "qartallar" qələbə qazanıb. 14 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də əyalət klubunun üstünlüyü var - 36:26. "Qəbələ" son 4 oyunda qol vurub. "Zirə" son 12 səfər qarşılaşmasında qalib gəlməyib.

Azərbaycan Premyer Liqası, 29-cu tur 

7 aprel (cümə)

17:00. "Qəbələ” – "Zirə”
 
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu.
 
"Qarabağ" - 74, "Sabah" - 65, "Neftçi" - 57, "Zirə" - 38, "Qəbələ" - 36, "Turan Tovuz" - 28, "Kəpəz" - 25, "Sumqayıt" - 24, "Şamaxı" - 20, "Səbail" - 18
 
Səbuhi Həsənov