Xəbər lenti

Azərbaycanlı döyüşçünün qələbəsinə 1 milyon qoyuldu
İdman15:28 18.05.2022

Azərbaycanlı döyüşçünün qələbəsinə 1 milyon qoyuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasovun "AMC Fight Nights"da rusiyalı Marif Pirayevə qarşı döyüşündən öncə keçirilmiş mətbuat konfransında maraqlı hadisə baş verib.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, tədbirin gedişində Emil və Alfredo adlı şəxslər idmançıların görüşünə 1 milyon rus rublu məbləğində mərc ediblər.
Emil Abbasovun, Alfredo isə Pirayevin qələbəsinə pul qoyub.
Qeyd edək ki, döyüş iyunun 10-da Rusiyada təşkil olunacaq.