
Millimizin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyada qol vurub.
Qaynar.info xəbər verir ki, Bakı doğumlu azərbaycanlı futbolçunun çıxış etdiyi Almaniyanın Regionalliqa komandası "Qermaniya" öz meydanında "Budissa"nı qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.
Komandasının 3-cü qolunu Rüfət vurub. O, sona 20 dəqiqə qalmış fərqlənib. Dadaşov 86-cı dəqiqədə yaponiyalı yarımmüdafiəçi Taira Tomita ilə əvəzlənib. Bu nəticədən sonra "Qermaniya" xallarının sayını 13-ə çatdırıb. Halberştadt təmsilçisi turnir cədvəlində XVI pillədədir.
Qeyd edək ki, millimizdə 4 qol vurmuş Rüfət Dadaşov cari mövsüm "Qermaniya"da da 4-cü dəfə rəqib qapıçıları məyus edib.
Qaynar.info