Azərbaycanlı rejissor Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Dərbənd teatrında tamaşa hazırlayacaq.
Əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının Baş rejissoru Sərvər Əliyevin Qaynarinfo-ya verdiyi məlumata görə, yubiley çərçivəsində "Müsyo Jordan və dərviş Məstəli şah” əsəri tamaşaya qoyulacaq:
"Tamaşada Səmərqənd Vilayət Musiqili Dram Teatrının kollektivi rol alacaq”.
Sərvərv Əliyev bundan öncə sözügedən teatrda dahi Nizaminin həyat və yaradıcılığından bəhs edən "Şeyx Nizami və ya könüllər mülkünün sultanı sənsən” pyesini hazırlayıb:
"Tamaşanın təqdimatı günü aktyor avtomobil qəzası keçirdi və gələ bilmədi. Məcbur olub səhnəyə çıxıb Fəxrəddin bəyin obrazını mən oynadım. Mən bu rolu Azərbaycan, onlar isə özbək dilində oynadılar. Çox gözəl qarşılandı”.
Bahar Rüstəmli
Şərhlər