Xəbər lenti

Ölkə 10:31 19.02.2026

"Azərsilah"ın Şirvandakı zavodunda qəza oldu

"Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunun sexlərinin birində fevralın 18-də istehsalat qəzası baş verib.

Bu barədə Qaynarinfo-ya Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.
--> -->