Xəbər lenti

Bakı meriyası AXCP-nin piketinə icazə vermədi (SƏBƏB)
Siyasət 15:52 19.10.2022

Bakı meriyası AXCP-nin piketinə icazə vermədi (SƏBƏB)

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) oktyabrın 24-də qurumun inzibati binasının qarşısında piket keçirməyə icazə verməyib. 

Qaynarinfo-nun məlumatına görə, AXCP-nin müraciətinə cavab olaraq bildirilib ki, piketin keçiriləcəyi ərazidə təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklər yaranacaq. 

"Sizin piket keçirilməsi üçün qeyd etdiyiniz ərazi təhsil müəssislərinin, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışı, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olduğundan, həmin yerdə piketin keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətində, təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olacaq. Qeyd olunanlara müvafiq "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin birinci hissəsini nəzərə alaraq 24 oktyabr 2022-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası qarşısında planlaşdırdığınız piketin keçirilməsini məqsədəuyğun hesab etmirik", deyə İcra Hakimiyyətinin cavabında bildirilir. 

AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseynli Qaynarinfo-ya bildirib ki, BŞİH-in mənfi cavabına baxmayaraq, AXCP aksiya keçirəcək: "Piketi keçirəcəyik. BŞİH-nin cavab məktubu absurddur, Konstitusyon hüququmuzu pozmaq cəhdidir. 3 il əvvəl həmin məkanda piket keçirmişik və BŞİH etiraz etməyib".
 


QEYD: "Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinin birinci hissəsində deyilir: "Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər”.
 

Seyid
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->