Xəbər lenti

Bakı metrosunda qorxulu anlar (FOTO)
Ölkə09:28 15.12.2019

Bakı metrosunda qorxulu anlar (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər saatlarında Bakı metropoliteninin "Azadlıq prospekti” stansiyasında 20-25 yaşlarında bir nəfər qatar relslərinin üstünə yıxılıb.  
Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Səməd Məlikzadə öz "Facebook” profilində yazıb. 
Jurnalist qeyd edib ki, bir anda iki gənc özünü ona tərəf atıb və oğlanı qatar keçən ərazidən götürüblər. 
Tezliklə "Dərnəgül” stansiyasından qatar gəlsə də, xoşbəxtlikdən ağır faciə baş verməyib. 
Relslərə yıxılan şəxs huşunu itirmiş halda olub.  
Ayıldıqdan sonra polis əməkdaşları onu müayinə üçün aparıblar.