Xəbər lenti

Bakıda məşhur taksi şirkəti bağlandı
Ekonomiks08:00 09.01.2024

Bakıda məşhur taksi şirkəti bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda fəaliyyət göstərən məşhur taksi şirkəti - "Salam Taksi" (*9933) fəaliyyətini dayandırıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, taksi şirkəti 2024-cü il yanvarın 1-dən bağlanıb.
Saytımıza məlumat verən taksi sürücülərindən biri bildirib ki, şirkətdən onlara qeyri-müəyyən vaxta qədər fəaliyyət göstərməyəcəkləri, ancaq sonradan işlərini bərpa edəcəkləri bildirilib. Lakin bunun nə vaxt baş verəcəyi deyilmir.
Xəbəri dəqiqləşdirmək üçün taksi xidmətinin qısa nömrəsinə - *99 33-ə zəng etsək də, nömrəyə zəng çatmadı. Şirkətin mobil əlavəsi də fəaliyyətini dayandırıb. 
Günay İlqarqızı